Azedu.az

“Dövlət Proqramı üzrə namizədləri seçmək ildən-ilə çətinləşir”

Xarici təhsil

4 Avqust 2026, 11:54
“Dövlət Proqramı üzrə namizədləri seçmək ildən-ilə çətinləşir”

“Dövlət Proqramı üzrə ildən-ilə seçim aparmaq daha da çətinləşir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri ADA Universitetində 2022–2028-ci illər üçün Xaricdə Təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü adını qazanan gənclərlə keçirilən görüşdə Dövlət Neft Fondunun icraçı direktor müavini Rövşən Cavadov səsləndirib.

O bildirib ki, Dövlət Proqramına müraciət edən namizədlərin bilik və hazırlıq səviyyəsi hər il yüksəlir:

“Dövlət Proqramı üzrə namizədləri seçmək ildən-ilə daha da çətinləşir. Çünki tələbələrimizin bilik və bacarıq səviyyəsi durmadan artır. Artıq süni intellekt dövrüdür və yeni ixtisaslar yaranır. Bu dövrdə ən vacib məsələ bilikdir. Əsas olan sadəcə universitetə qəbul olmaq və ya oranı bitirmək deyil, dərin biliklərə yiyələnmək, öyrənməyə davam etmək və marağı itirməməkdir”.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox