ABŞ-nin İndiana ştatında 2025-ci ildə bir qadının ölümü ilə nəticələnən silahlı hücumda təqsirli bilinən 15 yaşlı Jo'Majze Larry 100 il həbs cəzasına məhkum edilib.
AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, məhkəmə yeniyetməyə qətl və cinayətkar dəstə ilə əlaqəli ittihamlar üzrə ümumilikdə 100 il həbs cəzası verib.
İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər başqa bir şəxsi hədəfə almaq istəsələr də, silahlı hücum zamanı səhvən 26 yaşlı Dayla Swain güllələnərək həyatını itirib.
Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, cinayəti törədərkən 18 yaşına çatmayan Jo'Majze Larry cəzasının azı 20 ilini çəkdikdən sonra prokurorun razılığı olmadan cəzasına yenidən baxılması üçün məhkəməyə müraciət edə bilər.