İyulun 23-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş keçirib.
AzEdu.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında elm və təhsil sahəsində mövcud əlaqələr, bu istiqamətdə həyata keçirilən birgə fəaliyyətlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.