Azedu.az

4 yaşlı uşaq pitbull hücumu nəticəsində həyatını itirib

Hadisə

9 İyul 2026, 11:30
4 yaşlı uşaq pitbull hücumu nəticəsində həyatını itirib

Almaniyada pitbull cinsli itin hücumuna məruz qalan 4 yaşlı qız uşağı həyatını itirib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, ailəyə məxsus pitbull evdə 4 yaşlı qıza hücum edib və uşağa ağır xəsarətlər yetirib.

Polisin açıqlamasına əsasən, tibbi yardım göstərilməsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı itin uşağın anasına məxsus olduğu və ailə ilə eyni evdə yaşadığı müəyyən edilib. Hadisədən sonra polis iti götürərək heyvan sığınacağına təhvil verib.

Faktla bağlı araşdırma başladılıb. Hadisənin bütün detalları araşdırılır.

Müəllimlərin üzərinə bu qədər düşməyin sonu heç yaxşı görünmür -TƏHSİLDƏ SOS
Son xəbərlərDaha çox