Azedu.az

Salyan Peşə Liseyində yeni təyinat olub

Peşə təhsili

9 İyul 2026, 10:35
Salyan Peşə Liseyində yeni təyinat olub

Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində ‘’Dövlət və bələdiyyə idarəetməsi’’ ixtisası üzrə əlavə təhsil alır.

Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.

2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

Müəllimlərin üzərinə bu qədər düşməyin sonu heç yaxşı görünmür -TƏHSİLDƏ SOS
Son xəbərlərDaha çox