Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 16:30:00
AMEA-ya məxsus 3 hektar ərazidə nəhəng plantasiya salınıb  

Yanvarın 25-də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı da dinlənilib. Məruzə ilə çıxış edən ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, mərkəzin ötən ilki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, AMEA Rəyasət Heyətinin qərarları, Akademiya rəhbərliyinin sərəncamları əsas götürülüb.

Natiq bildirib ki, AMEA-ya məxsus 3 hektar təcrübə sahəsində Çin Xalq Respublikasından gətirilmiş 15 min tut tingindən ibarət plantasiya salındığını deyən alim bildirib ki, həmin tinglərdən götürülən qələm materialı əsasında 3 min ədəd tut tingi yetişdirilib. Məruzəçi Bolqarıstandan gətirilmiş süni yemlə bəslənən 3 tut ipəkqurdu hibridi və tut yarpağı ilə bəslənən 2 rayonlaşdırılmış cins üzərində müqayisəli tədqiqatların yerinə yetirildiyini əlavə edib.