Azedu.az

3 mindən çox müəllim işlə təmin olunub

Bakı şəhəri üzrə Təhsil İdarəsi

22 İyun 2026, 12:15
3 mindən çox müəllim işlə təmin olunub

BŞTİ müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün 3 mindən çox vakansiya təqdim edib. 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 3 032 vakansiya təqdim olunub.

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, müsabiqələrin nəticələrinə əsasən tədris ili ərzində ümumilikdə 2 843 nəfər işlə təmin edilib.

İşə qəbul olunanların 802 nəfəri müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 1 485 nəfəri müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində vakant yerlərə təyin olunub.

Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil idarələrinin tabeliyində fəaliyyətini dayandıran məktəblərin müəllimlərinin yerləşdirilməsi məqsədilə aparılan optimallaşdırma tədbirləri çərçivəsində 292 müəllim yeni iş yeri ilə təmin edilib.Həmçinin müddətsiz müqavilə ilə çalışan 264 müəllimin iş yeri dəyişdirilib.

Qeyd edək ki, təqdim olunan vakansiyaların böyük hissəsi müsabiqələr vasitəsilə doldurularaq ümumtəhsil məktəblərinin pedaqoji kadr təminatının gücləndirilməsinə xidmət edib.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox