Türkiyənin Qaziantep vilayətində YKS (ali məktəbə qəbul imtahanı) imtahanına gedən 19 yaşlı Fatih İnal yol qəzasında həyatını itirib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, imtahana getdiyi bildirilən Fatih İnalın idarə etdiyi avtomobil yük maşını ilə toqquşub.
Qəza nəticəsində yaralanan Fatih İnal xəstəxanada dünyasını dəyişib. Digər yaralının müalicəsinin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.