Azedu.az

Məktəbdə bıçaqlı hücum: 14 yaşlı şagird saxlanılıb

Hadisə

9 İyun 2026, 17:34
Məktəbdə bıçaqlı hücum: 14 yaşlı şagird saxlanılıb

İngiltərənin Mançester şəhərində yerləşən Co-op Academy məktəbində bıçaqlı hücum baş verib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində iki şagird və bir məktəb əməkdaşı yaralanıb.

Böyük Mançester Polisi (GMP) hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, yaralananlar 14 yaşlı bir qız şagird, 14 yaşlı bir oğlan şagird və 27 yaşlı məktəb işçisidir. Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin stabil olduğu, həyatları üçün təhlükə olmadığı qeyd olunub.

Hadisədən sonra 14 yaşlı qız şagird “qəsdən ağır bədən xəsarəti yetirmə” ittihamı ilə saxlanılıb. Polis hazırda istintaqın davam etdiyini bildirib.

Rəsmi məlumatlara görə, məktəb əməkdaşları hadisə zamanı operativ müdaxilə edərək daha böyük faciənin qarşısını alıblar. Hadisə ilə bağlı əlavə şübhəlinin olmadığı açıqlanıb.

TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı
Son xəbərlərDaha çox