Türkiyənin Ağrı bölgəsində fəaliyyət göstərən bağça müəllimi Irmak Ayşe Koparan evində ölü tapılıb.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, müəllimdən bir müddət xəbər ala bilməyən həmkarları polisə müraciət ediblər.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları mənzilə daxil olduqdan sonra Irmak Ayşe Koparanın həyatını itirdiyini müəyyən ediblər.
Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb, araşdırmalar davam edir.