Azedu.az

Sərinləmək üçün gölə girən 2 uşaq boğulub

Hadisə

30 May 2026, 10:19
Sərinləmək üçün gölə girən 2 uşaq boğulub

Türkiyənin Adıyaman vilayətində daşqınlardan mühafizə məqsədilə yaradılmış süni göldə iki uşaq boğularaq həyatını itirib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailələri ilə birlikdə əraziyə gələn 13 yaşlı Talal Al-Sincar və dostu Abdullah Al-Sacer sərinləmək üçün suya giriblər.

Bir müddət sonra uşaqların sudan çıxmadığını görən sakinlər xilasedicilərə məlumat veriblər.

Hadisə yerinə gələn xilasedicilər təxminən 4 metr dərinlikdə, palçığa batmış vəziyyətdə olan iki uşağın meyitini aşkar ediblər.

 

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox