Azedu.az

300 bal toplayan Əhməd Hüseynov niyə siyahıda yoxdur?- DİM-dən açıqlama

İmtahanlar və qəbul məsələləri

16 May 2026, 17:23
300 bal toplayan Əhməd Hüseynov niyə siyahıda yoxdur?- DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanında 300 bal toplayan Əhməd Hüseynovun ən yüksək nəticə göstərən məzunların siyahısında yer almamasına münasibət bildirib.

AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunan əsas xarici dil nəzərdə tutulur.

Qeyd olunub ki, Hüseynov Əhməd buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən daha aşağı nəticə göstərib.

Məlumata görə, Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından istifadə edərək ingilis dilini seçib. O, bu fənn üzrə əlavə imtahan verərək 100 bal toplayıb.

Bildirilib ki, həmin nəticə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. (Azərbaycan müəllimi)

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox