Azedu.az

Məktəbdə şagirdin döyülməsi ilə bağlı AÇIQLAMA

Bakı şəhəri üzrə Təhsil İdarəsi

15 May 2026, 13:54
Məktəbdə şagirdin döyülməsi ilə bağlı AÇIQLAMA

Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.

Hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.

AzEdu.az mövzu ilə bağlı  271 nömrəli tam orta məktbə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildirilib ki, mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib:

"Bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.

Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.

Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub.  Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib. 

Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox