Ordubad rayon Nüsnüs kənd tam orta məktəbdə İbtidai sinif müəllimi, "Örnək müəllim" Xədicə Məmmədova 10 tarixində keçirilən sertifikasiya imtahanından yüksək nəticə əldə edib.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 57 bal toplayıb.
Xədicə müəllim qeyd edib ki, imtahanda suallar asan,orta və çətin səviyyədə idi:
"Bundan əvvəlki sertifikasiyanın test mərhələsindən 45, müsahibə mərhələsindən isə maksimum (40) bal toplamışam. Bir müəllim kimi sertifikasiya imtahanını təhsildə keyfiyyətin artırılması baxımından mühüm və faydalı bir addım kimi qiymətləndirirəm. Bu imtahan müəllimlərin bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, öz üzərində çalışmağa və peşəkar inkişaf yolunda irəliləməyə stimul verir.
Sertifikasiya prosesi eyni zamanda müəllim əməyinə verilən dəyərin göstəricisidir. İmtahan zamanı müəllimlərin yalnız nəzəri bilikləri deyil, pedaqoji yanaşmaları, metodiki hazırlığı və müasir təhsil prinsiplərinə uyğun fəaliyyəti də ön plana çıxır.İnanıram ki, bu cür qiymətləndirmə sistemi gələcəkdə daha güclü, daha peşəkar və yenilikçi müəllimlərin formalaşmasına müsbət təsir göstərəcək. Bütün müəllimlərimizə bu yolda uğurlar arzulayıram.
Onu da qeyd edim ki, sertifikasiya imtahanına özüm hazırlaşmışam. Uğurlu nəticə əldə etmək istəyən müəllimlərə tövsiyəm odur ki, özünüzə inanın, planlı hazırlaşın və əsla vaz keçməyin. Davamlı çalışan, səbir göstərən və məqsədinə inanan hər müəllim gec-tez uğur qazanır".