Azedu.az

9 və 15 mart imtahanlarının apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM

İmtahanlar

9 May 2026, 14:44
9 və 15 mart imtahanlarının apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunduqdan sonra minlərlə abituriyent nəticəsindən narazı qaldığı üçün apellyasiyaya müraciət edib.

Belə ki, 9 mart buraxılış imtahanı üzrə 3509, 15 mart imtahanı üzrə isə 3978 nəfər Apellyasiya Komissiyasına müraciət edib.

Həmin abituriyentlər nəticələrin nə zaman açıqlanacağı ilə bağlı maraqlanırlar.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, proses başa çatdıqdan sonra abituriyentlərə "SMS" göndəriləcək.

Bildirilib ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrələrinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox