Azedu.az

300 bal toplayan şagird hüquqşünas olmaq istəyir

Şagirdlər

9 May 2026, 11:14
300 bal toplayan şagird hüquqşünas olmaq istəyir

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Belə ki, 8 nəfər maksimal olan 300 bal toplayaq ən yüksək nəticəni göstərib.

Onlardan biri də Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Adıgözəlli Ramal Aqil oğludur.

AzEdu.az yüksək bal toplayan abituriyentlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

"Əslində imtahan çətin idi. Amma imtahan suallarını cavablandırdıqdan sonra özümə sual verdim ki, necə edə bilərəm ki, 300 bal toplamış olum? Bir-iki sualda bir az şübhəm var idi, amma nəticələrimlə tanış olanda çox sevindim. Məqsədimə nail ola bildiyim üçün çox xoşbəxt oldum.

Hazırda III ixtisas qrupu üzrə fənlər üzrə təhsil alıram. Yəni bizdə 9-cu sinifdən qruplar üzrə bölünmələr olur. Hələ ki, gələcəkdə hansı ali təhsil müəssisəsində oxuyacağımla bağlı bir fikrim yoxdur. Yüksək bal toplamağım mənə bir növ stimul oldu.

Düşünürəm ki, bu nəticəmi gələcəkdə buraxılış imtahanından da göstərə biləcəyəm. Çünki əsas məsələ özünə inanmaq və çalışmaqdır".

İmtahana özüm hazırlaşmışam:

"Yarı yolda desəydim ki, yox, məndə alınmayacaq, bu düzgün olmazdı. Ona görə də əziyyət çəkdim və hazırda da bəhrəsini görürəm. İmtahana özüm hazırlaşmışam. İstər varlı, istərsə də kasıb olsun, əsas məsələ istək varsa məqsədinə çatmaqdır.

Gələcəkdə özümü hüquqşünas sahəsində görürəm, lakin məqsədlər və planlar dəyişə bilər. Özünü çox yormadan çalışmaq lazımdır. Elə insanlar görmüşəm ki, özünü çox yorub, amma pis nəticə göstərib. İmtahan vaxtı özünü sıxmayıb, düzgün vaxtı bölmək lazımdır".

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox