“Xaricdə yaşayan alimlərimizə olduqları ölkədə elmi araşdırmalarını davam etdirmək üçün yaradılan şərait bizdə zəifdir”.
Bunu AzEdu.az-a Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin ABŞ-da yaşayan sədri Elman Eldaroğlu deyib. Onun sözlərinə görə,ABŞ, Rusiya, Avropa ölkələrində yaşayan alimlərimiz çoxdur:
“Xaricdə yaşayan elm adamlarımızın əksəriyyəti olduqları ölkələrdə elmi dərəcəyə yiyələniblər və orada yüksək maaş alırlar. Onların Azərbaycana geri dönməsinə inanmıram. Çünki geri dönsələr, xaricdəki maaşı Azərbaycanda ala bilməyəcəklər. Xaricdə yaşayan alimlərimizəelmi araşdırmalarını davam etdirmək üçün yaradılan şərait bizdə zəifdir. Elm adamlarımız xaricdə daha sərbəstdir”.
Elman Eldaroğlunun sözlərinə görə, xaricdə yaşayan alimlərimizin Azərbaycana qayıtması üçün təklifləri də olub:
“Xarici ölkələrdə yaşayan elm adamlarımızın Azərbaycana qayıtması üçün ilk növbədə onlara bina inşa edilməli, ailə tərkibinin sayına uyğun mənzil verilməlidir. Onlarınməvacibləri heç olmasa, xaricdə aldıqları maaşa yaxın olmalıdır. Bir sözlə, onlaradiqqət ayrılmalıdır.
Xaricdə yaşayan elm adamlarımız Azərbaycan həsrətinin nə olduğunu bildikləri üçün vətənə daha çox faydalı olmağa meyllidilər.
Həmin alimlərimizAzərbaycanda dar çərçivədə də olsa xaricdə tanınırlar. Onları tamamilə tanımayanlar çox az olar. Həm də onların yaxınları Azərbaycanda yaşadıqları üçün bu ölkəyə tez-tez gəlirlər”.
kitabı