AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə həyata keçirdiyi sorğu müsabiqəsi 6 may 12:00-da yekunlaşıb.
“Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu rektorların tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlmişdir.
Məqsəd tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir.
Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyirdi.
Ümumilikdə sorğuda 32 universitetin rektoru yer alıb.
Ən çox səs toplayan üç nəfər rektor qalib seçilib.
AzEdu.az sorğuda qalib olan üç rektoru səsvermə faizi ilə birgə sizlərə təqdim edir.
1. Gəncə Dövlət Universiteti - Yusif Yusibov 39,8%
2. Sumqayıt Dövlət Universitetinin sabiq rektoru - Əminağa Sadıqov 33,3%
3. Bakı Dövlət Universiteti - Elçin Babayev 13,4%
4.Naxçıvan Dövlət Universiteti - Elbrus İsayev 3,23%
5.Lənkəran Dövlət Universiteti - Natiq İbrahimov 2,40%
6.Azərbaycan Dövlət Aqrar Universiteti - Zəfər Qurbanov 1,64%
7.Bakı Slavyan Universiteti - Anar Nağıyev 0,95%
8.Azərbaycan Texniki Universiteti - Vilayət Vəliyev 0,91%
9.Azərbaycan Texnologiya Universiteti - Yaşar Ömərov 0,90%
10.Azərbaycan Dövlət Pedaqoji Universiteti - Cəfər Cəfərov 0,86%
AzEdu.az Təhsil Portalının kollektivi adından qalib rektorları təbrik edir, onlara peşəkar fəaliyyətlərində uğurlar arzu edirik.