2 may tarixindən etibarən Naxçıvanda ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikasiya prosesinə cəlb olunurlar. Prosesdə 2772 müəllimin iştirakı nəzərdə tutulur.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanlarında bir qrup 60 yaşdan yuxarı müəllimimiz öz arzusu ilə iştirak edərək yüksək nəticə göstəriblər.
İllərin təcrübəsinə malik bu təhsilverənlər müasir qiymətləndirmə mərhələsində də fəallıq göstərərək həm peşəkarlıqlarını təsdiqləyir, həm də gənc nəsil müəllimlər üçün nümunə olublar.
Onların əldə etdiyi yüksək nəticələr təhsildə davamlı öyrənmənin, yeniliklərə açıq olmağın və peşəyə bağlılığın bariz göstəricisidir.
Həmin müəllimlərin siyahısını təqdim edirik:



