Azedu.az

BŞTİ-də mütaliəni təşviq edən yeni təşəbbüs

Bakı şəhəri üzrə Təhsil İdarəsi

4 May 2026, 11:51
BŞTİ-də mütaliəni təşviq edən yeni təşəbbüs

Bakı Şəhəri üzrə Təhsil İdarəsində əməkdaşların şəxsi və peşəkar inkişafını dəstəkləyən “Kitab klubu” fəaliyyətə başlayıb.

AzEdu.az xəbər verir ki, “Kitab klubu” iştirakçılara müxtəlif əsər və ədəbi üslublarla tanış olmaq, maraqlı fikirləri müqayisəli şəkildə dəyərləndirmək və  zəngin müzakirə mühiti formalaşdırmaq imkanı yaradır.

Yeni təşəbbüs çərçivəsində idarə əməkdaşları vaxtaşırı bir araya gələrək əvvəlcədən seçilmiş kitabları müzakirə edəcəklər. Müzakirə olunan əsərlər yerli müəlliflərin yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatının klassik nümunələrini də əhatə edir.

“Kitab klubu”nun əsas məqsədi əməkdaşlar arasında mütaliə vərdişlərini təşviq etmək, analitik düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda kollektiv daxilində intelektual mühitin gücləndirilməsinə töhfə verməkdən ibarətdir.  

Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox