Azedu.az

Tələbələrin seçimi: Sorğuda öndə olan ən dəstəkçi 5 REKTOR

Rektorlar

2 May 2026, 10:42
Tələbələrin seçimi: Sorğuda öndə olan ən dəstəkçi 5 REKTOR

AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə həyata keçirdiyi sorğu müsabiqəsi davam edir.

“Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu rektorların tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlib.

Məqsəd tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir. Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Ümumilikdə sorğuda 33 universitetin rektoru yer alır. 

Mayın 1-nə olan statistikaya əsasən, aktiv rəqabətdə olan 5 rektoru səsvermə nəticələri ilə birlikdə təqdim edirik:

Sumqayıt Dövlət Universiteti - Əminağa Sadıqov 26,05%

 17.2 %

 17.0 %

 10.2 %

 7.31 %

Sorğuda əsas iştirakçı qrupunu tələbələr təşkil etsə də, təhsil ictimaiyyətinin digər üzvləri -müəllimlər, məzunlar və adıçəkilən ali məktəblərin digər əməkdaşları da səsvermədə iştirak edə bilərlər. 

Xatırladaq ki, sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər.

Qeyd edək ki, səsvermə 2026-cı il 26 aprel tarixindən 4 may saat 23:59-dək davam edəcək.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox