Türkiyənin Iğdır vilayətində baş verən hadisə faciə ilə nəticələnib.
AzEdu.az xəbər verir ki, 12 yaşlı uşaq evdən götürdüyü silahla dostları ilə oynayarkən zarafat etmək istəyib, bu zaman silahın qəfil atəş alması nəticəsində güllə 13 yaşlı dostuna dəyib.
Ağır yaralanan uşaq dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. İlkin məlumata görə, silahın sahibi olduğu ehtimal edilən uşağın atası saxlanılıb.