Azedu.az

Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb

Hadisə

30 Aprel 2026, 13:55
Sahibsiz itlərin hücumu nəticəsində 5 yaşlı uşaq ölüb

Türkiyənin Van şəhərində baş verən hadisədə sahibsiz küçə itlərinin hücumuna məruz qalan iki uşaqdan biri həyatını itirib.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, evlərinin həyətində oynayan 5 yaşlı Hamza Özsoy və onun 9 yaşlı əmisi oğlu A.Ö. sahibsiz itlərin hücumuna uğrayıb.

Ətrafdakıların müdaxiləsi nəticəsində uşaqlar xilas edilib və dərhal xəstəxanaya çatdırılıblar. Ağır yaralanan 5 yaşlı Hamza Özsoyun göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

9 yaşlı uşağın isə vəziyyətinin stabil və yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İranda əhali küçələrə axışdı - Yeni aksiya dalğası başladı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox