AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə həyata keçirdiyi sorğu müsabiqəsi davam edir.
“Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu rektorların tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlib.
Məqsəd tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir. Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Ümumilikdə sorğuda 33 universitetin rektoru yer alır.
Aprelin 28-nə olan statistikaya əsasən, aktiv rəqabətdə olan 10 rektoru səsvermə nəticələri ilə birlikdə təqdim edirik:
1. Sumqayıt Dövlət Universiteti - Əminağa Sadıqov 27,0%;
2. Gəncə Dövlət Universiteti - Yusif Yusibov 18,5%;
3. Bakı Dövlət Universiteti - Elçin Babayev 16,0%;
4. Naxçıvan Dövlət Universiteti - Elbrus İsayev 12,0%;
5. Mingəçevir Dövlət Universiteti - Anar Eminov 8,54%;
6. Lənkəran Dövlət Universiteti - Natiq İbrahimov 5,06%;
7. Bakı Slavyan Universiteti - Anar Nağıyev 3,00%;
8. Azərbaycan Texniki Universiteti - Vilayət Vəliyev 2,77%;
9. Azərbaycan Texnologiya Universiteti - Yaşar Ömərov 2,63%;
10. Azərbaycan Dövlət Pedaqoji Universiteti - Cəfər Cəfərov 1,83%.
Sorğuda əsas iştirakçı qrupunu tələbələr təşkil etsə də, təhsil ictimaiyyətinin digər üzvləri -müəllimlər, məzunlar və adıçəkilən ali məktəblərin digər əməkdaşları da səsvermədə iştirak edə bilərlər.
Xatırladaq ki, sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər.
Qeyd edək ki, səsvermə 2026-cı il 26 aprel tarixindən 4 may saat 23:59-dək davam edəcək.