Azedu.az

Müəllimlərin sertifikasiya imtahanı - tarixlər AÇIQLANDI

Sertifikasiya

28 Aprel 2026, 12:13
Müəllimlərin sertifikasiya imtahanı - tarixlər AÇIQLANDI

2026-cı ildə keçiriləcək müəllimlərin sertifikasiya imtahanlarının tarixləri məlum olub.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Belə ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin 17-19, 23-25 iyun tarixində təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyəmusiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər. Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili – rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox