Azedu.az

Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb

Məktəblər

25 Aprel 2026, 09:42
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb

Türkiyə milli təhsil nazirinin müavini Nazif Yılmaz vəzifəsindən azad edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.

Prezidentin digər qərarı ilə Cihad Demirli N. Yılmazın yerinə təyinat alıb.

Sözügedən qərarın Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində məktəblərə silahlı hücum təşkil olunması fonunda qəbul edilməsi diqqət çəkib.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfada məktəbə təşkil edilən silahlı hücum nəticəsində 16 nəfər xəsarət alıb. İkinci hadisə isə aprelin 15-də Kahramanmaraşda baş verib. Məktəbə silahla gələn İ. A. Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, doqquz nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayətkar daha sonra özünü öldürüb. Sonradan bir nəfərin də öldüyü bildirilib.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox