Azedu.az

Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb

Təhsil Nazirliyi

21 Aprel 2026, 11:06
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüşüb. 

AzEdu.az xəbər verir ki, görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.

Həmçinin, Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, sözügedən əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.  

Eyni zamanda BMU-da PKTU ilə birgə yeni yaradılmış “PKTU–BMU Mühəndislik fakültəsi”nin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox