Türkiyənin Diyarbək vilayətində yağışdan qorunmaq üçün ağacın altına sığınan üç uşaq ildırım vurması nəticəsində ağır xəsarət alıb.
AzEdu.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, K.Y. (14), S.Y. (15) və M.Y. (16) adlı qohumlar evin həyətində olan ağacın altına sığınıblar. Bu zaman ağaca ildırım düşüb.
Hadisə yerinə Təcili Tibbi Yardım qrupları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq K.Y. və S.Y.-nin həyatını xilas etmək mümkün olmayıb.
M.Y.-nin vəziyyətinin ağır olduğu bildirilir.