Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 10:40:00
“Məktəblərin bağlanması  şagirdləri gələcək imtahanlardan, summativlərdən yayındıracaq” - Psixoloq  

Orta məktəblərin iki gün tətilə çıxması müxtəlif cür şərh edildi. Sevinənlər də oldu, məktəblərin bağlanmasına əsas görməyib bunun daha da panikaya səbəb olduğunu düşünənlər də.

Bəs şagird psixologiyası olanları necə qəbul edir?

“Uşaqların daha da həssaslaşma və panikləşməsinə səbəb olur”

Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Fərqanə Kazımlıbildirib ki, psixoloji baxımdan belə bir ajiotaj yaratmaq və məktəbləri bağlamağı əsassız hesab edir:

“Çünki adi qış havasıdır. İnanıram ki, nazirlik bunları şagirdləri təhlükədən sığortalamaq üçün edib. Amma göründüyü kimi elə bir təhlükə yoxdur.

Fikrimcə, bunlar uşaqların daha da həssaslaşma və panikləşməsinə səbəb olur. Tətildən qayıtdıqdan sonra şagirdlərin elə də psixoloji problemlərinin olacağını düşünmürəm.

Bildiyim bir şey var ki, summativqiymətləndirmələr keçirilir. Yeniyetmələr imtahanlara qarşı daha həssas olurlar. Məktəblərin bağlanması kimi hallar onları gələcək imtahanlardan da yayındırır. Şagirdlər məktəb və dərsə adaptasiya olmalıdırlar. Hər şey qaydasında davam etsə, yaxşı olardı.

Şagirdlər məktəblər bağlananda sevinirlər. Amma bu biraz individual məsələdir və hər uşağa görə dəyişir.

Sadəcə, mənə maraqlıdır ki, kəskin hava şəraiti zamanı niyə digər işlər deyil, məhz təhsil ocaqları bağlanır? Bunu da anlaya bilmirəm”.

“Biraz dərs keyfiyyətinə təsir edir. O da bir müddət sonra qaydasına düşəcək”

Orta məktəb psixoloqu ElmirTağıyevinsözlərinə görə isə şagirdlərin bir qismi dərsdən geri qaldıqları üçün bu tətili pis qarşılasalar da digərlərində heç bir problem olmayıb:

“Bu, şagirddən asılı olaraq dəyişir. Fikrimcə,qəfil tətilə görə heç bir şagirdpanikaya düşməyib və bunu adi qarşılayıblar. Panikaya düşəcək bir durum da yoxdur. Üstəlik tətil qısa müddət olduğuna görə adaptasiya prosesində çətinlik yaranacağını da düşünmürəm. Sadəcə,bu bir az dərs keyfiyyətinə təsir edir. O da bir müddət sonra qaydasına düşəcək.

Ümumiyyətlə, tətil şagirdlərin maraq dairəsini kəşf etməsi üçün şans yaradır. Tətildən qabaq valideynlərlə iclas keçirib dedim ki, şagirdlərin rejimini pozmamaq məqsədilə dərs üçün oyandıqları vaxtda yuxudan dursunlar. Şagirdləri belə şeylərə yalnız psixoloqlar deyil, müəllimlərdə hazırlamalıdırlar. Onlar bilməlidirlər ki, tətil təlimdən geri qalmaq üçün vasitə deyil. Bu 2 gündə şagirdlərəmüəyyən tapşırıqlarverilməlidir.

Fikrimcə,  bu çox yerində və vaxtında verilmiş qərardır. Dünyanın bir çox ölkələrində hava şəraiti ilə əlaqədar belə hallar yaşanıb. Sırf şagirdlərin təhlükəsizliyi üçün atılmış addımdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları