Azedu.az

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə - ƏSAS ÖHDƏLİKLƏR

Tələbələr

15 Aprel 2026, 16:22
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə - ƏSAS ÖHDƏLİKLƏR

“Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlərin akademik göstəriciləri yüksək olmalıdır".

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət Proqramı İdarəetmə Qrupun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin canlı yayımında qonaq olarkən qeyd edib.

"Bu istiqamətdə tələbələrlə görüşlər zamanı mütəmadi olaraq infosessiyalar təşkil edirik. Bununla yanaşı, hər bir Azərbaycan gənci və vətəndaşı olaraq ölkəmizin düzgün şəkildə təbliğini aparmaq vacibdir. Hesab edirəm ki, bu, Dövlət Proqramı iştirakçısının əsas öhdəliklərindən biridir.

Bundan əlavə, namizəd Dövlət Proqramı çərçivəsində təhsil alırsa, onun akademik göstəriciləri də yüksək olmalıdır. Çünki bu, həmin şəxsin birbaşa göstəricisi kimi qiymətləndirilir.

Eyni zamanda doktorantlar üçün xüsusi tələb mövcuddur. Belə ki, onlar təhsillərini başa vurduqdan sonra vətənə qayıdaraq 5 il müddətində ali təhsil müəssisəsində işləməyi öz üzərlərinə götürürlər".

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox