Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 22:00:00
CERN superkollayderin tikintisinə başlayacaq

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Gələcək Dövri Kollayderin (Future Circular Collider – FCC) tikintisinə başlayacaq. AzEdu.az xəbər verir ki, yeni superkollayder Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü olacaq. Tikinti ilə bağlı texniki hesabatda bir neçə ilkin layihə təklif edilir. Layihələrin dəyəri 9-21 milyard avro arasında dəyişir.

 

Məlumata görə, yeni qurğu Böyük Adron Kollayderinin yaxınlığında inşa ediləcək və çevrəsinin uzunluğu təxminən 100 kilometr olacaq. Kollayderdə tədqiqat işlərinə 2040-cı ildə başlanması nəzərdə tutulur.

 

Hazırda Böyük Adron Kollayderi dünyada ən böyük tikintidir. Ölçüsü 27 kilometr olan kollayder İsveçrə və Fransanın sərhədində inşa edilib.