Azedu.az

İdris İsayev Qubada vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi

9 Aprel 2026, 11:46
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər. 
 
Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox