Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 14:05:37
Küləyin Yardımlıda yararsız hala saldığı məktəb - FOTO

 

Sosial şəbəkələrdəki böyük səhifələrdə Yardımlı rayon Şovut kənd  tam orta məktəbindəki problemlə bağlı danışılır və məktəbin fotosu paylaşılır:

“Yardımlı rayon Şovut kənd ümumi orta məktəbi 1 həftəyə yaxındır ki, pis vəziyyətdədir. Sosial şəbəkədə yayılan məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar məktəbin dam örtüyü yarasız hala düşüb və  heç bir aidiyyatı orqan bununla  maraqlanmır. Nə Yardımlı Rayon Təhsil Şöbəsi, nə də İcra Hakimiyyəti.  Burada dərs keçmək mümkünsüzdür”.

kulek.png

AzEDU mövzu ilə bağlı Yardımlı rayonunun millət vəkili Musa Qasımlı ilə əlaqə saxlayıb. O, bununla bağlı heç bir məlumatı olmadığını bildirib:

“Küləkli hava şəraitinin Yardımlıda törətdiyi fəsadlardan xəbərdaram. Amma mənə sırf bu məktəbdəki problem haqda heç bir müraciət olunmayıb”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları