Azedu.az

Tənəffüs zamanı məktəbdə insident: Şagird xəsarət aldı

13 Mart 2026, 14:13
Tənəffüs zamanı məktəbdə insident: Şagird xəsarət aldı

Martın 13-də Bakı şəhəri 203 nömrəli tam orta ümumtəhsil məktəbində tənəffüs vaxtı (saat 10:25 radələrində) IX sinif şagirdlərindən biri digərinə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) xəsarət yetirib.

AzEdu.az xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Rusiyada şok istefalar BAŞLADI - Bu zərbələr Putini özündən çıxardı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox