https://www.zirve.edu.az/
15.01.2019 11:48
İmtahanlarda iştirak üçün tələb olunan ödəniş dəyişəcəkmi? –Rəsmi cavab  

AzEdu.az-ın hər həftə təşkil olunan  “Edubrifinq”indəlayihəsində bu dəfə qonaq qismində Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə iştirak edib.

O, brifinq çərçivəsində 2019-cu ildə keçiriləcək qəbul imtahanlarında iştirak üçün nəzərdə tutulan ödənişlərdə hər hansı yeniliyin olub-olmayacağına aydınlıq gətirib:

“Qiymətlər Tarif Şurası tərəfindən müəyyən olunur. Birinci dəfə qəbul imtahanında iştirak etmək istəyən abituriyent hər hansı ödəniş etmir.Bu onların xeyrinə olan məsələdir.İkinci imtahan isə ödənişlidir. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və özü-özünü maliyyələşdirilməlidir.

İştirakçı sayı az olan imtahanlarda xərclər artır.Magistratura və rezidentura imtahanlarında iştirak edənlərin sayı az olduğuna görə qiymətlər daha yüksəkdir.

Məndə olan məlumata görə hələlik 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında ödənişlərindəyişməsiylə bağlı hansısa dəyişiklik nəzərdə tutulmayıb”.

Xatırladaq ki, kollec və universitetlərə ilk dəfə imtahan verən cari ilin məzunları üçün imtahan pulsuzdur. İkinci imtahanda iştirak etmək üçün 40 Aznödəməlisiniz. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları