Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-13 10:35:00
Kaliforniyalı alimlər sabahın batareyaları üzərində çalışır

"Lityum-ion" batareyaları çoxlu sayda cihazların əsas enerji mənbəyidir.

AzEdu.az xəbər verir ki, Milli Elm Fondunun köməkliyi ilə alim Şirli Menq və onun San Dieqo Kaliforniya Universitetindəki komandası yeni nəsil batareyalar üzərində çalışır. Bu batareyalar lityum üzərində deyil, sodyum üzərində hazırlanır.

Komanda hazırda lityum batareyaları üzərində çalışır. Amma plana əsasən, bir neçə il ərzində burada sodyum batareyaları da sınaqdan keçiriləcək.

Sodyumun bol olması onun daha ucuza başa gələcəyi deməkdir. Lityum bahalıdır, gələcəyin batareyaları isə bahalı olmayan, geniş yayılmış materiallardan hazırlanacaq.

Enerji saxlanılmasını ucuz etmək bir arzudur. Bu gün cihazların batareyadan istifadə etməsi sərfəli deyil. Onların batareyalarla bir saat istifadəsi yüzlərlə dollara başa gələ bilər. Lakin "sodyum-ion" batareyaları məsrəfi xeyli azaldacaq.

Komanda üzvlərinin qənaətinə görə, tədqiqatın və inkişaf prosesinin davamı ilə inqilabı texnologiyaya çatmaq çətin olmayacaq.

(Amerikaninsesi.org)