Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 06:33:55
Kitab formalı kitabxana fəaliyyətə başladı

 

Türkiyənin Artvin Çoruh Universitetində kitab formasında dizayn edilən kitabxana fəaliyyətə başlayıb.

AzEDU xarici mətbuata istinadən xəbər verir ki, kitabxana  4 500 metrə qədər sahəni əhatə edir. Üst-üstə qoyulmuş üç kitabı xatırladır. İnşasına 2015-ci ildə başlanan və təxmini 12 milyon liraya başa gələn kitabxana universitet kollektivinin ixtiyarına verilib.

Universitetin rektoru prof. Dr. Fahrettin Tilki mediaya verdiyi açıqlamada kitabxanada 37 576 kitab toplandığını, bundan əlavə, CD və DVD materialların da yer aldığını bildirib. Burada həmçinin, 4 milyondan çox elektron kitab, 100-dən çox ölkədən toplanmış  3597 qəzet  də yer alır. Qeyd edək ki, bu elektron vasitələrə  kompüter və digər texnoloji cihazları vasitəsilə əldə etmək mümkün deyil. Kitabxanadan bir gün ərzində ortalama 200 tələbə istifadə edir. 6 mərtəbəli inşa olunan  kitabxana artıq tələbələrin istifadəsinə verilib.

 Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları