Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-06 21:00:00
42  gənc  axşam  saatlarında  imtahana  hazırlaşır - UNEC-in 24/7 kitabxanasında isti FOTOLAR

Hazırda ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri ciddi şəkildə qış imtahan sessiyalarına hazırlaşmaqdadırlar. İmtahanlar yanvarın əvvəllərndən başlayıb və fevralın 2-də başa çatacaq.

UNEC-in tələbələrin imtahanlara daha müfəssəl hazırlaşmasına şərait yaradan 24/7 kitabxana layihəsi onlara çox yardımçı olub.

 AzEdu.az xəbər verir ki, UNEC-in 24/7 kitabxanası bu dəqiqələrdə də tam rejimlə tələbələrin istifadəsindədir.

Verilən məlumata görə, axşam saatlarında -20:00-21:00 aralığında - 42 tələbə sessiya imtahanlarına hazırlaşmaqdadır.

Fotolardan da hiss olunur ki, bu yenilik tələbələr tərəfindən çox yaxşı qarşılanıb. Kitabxanada axşam hazırlıqlarına da şərait yaradılması tələbələrin imtahanlarda daha yüksək nəticələr əldə etməsinə zəmin yaradacaq. Bu səbəbdən, tələbələr daha  motivasiyalı şəkildə imtahanlara hazırlaşırlar.

Layihənin başqa universitetlərdə də tətbiqi  Azərbaycan təhsilinə böyük fayda verə bilər.