Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-06 17:50:00
Atatürkün  xaricdə  oxutdurduğu tələbə -İnstitut quran  baş  nazir

AzEdu.az   Atatürkün   Avropaya  oxumağa   yolladığı  tələbələrdən olan, sonradan baş nazir postunadək yüksələn alim Sadi İrmakin xatirəsini təqdim edir:

"İstanbul Universitetində tələbə olduğum zamanda universitet divarında bir elan gördüm.

"Avropaya tələbə göndəriləcək".

Allah, Allah dedim. Ölkənin hər yeri viranə, Lozanna sazişi yeni imzalanıb. Belə bir vəziyyətdə Avropaya tələbə...? Lüks bir şey...
Amma mən şansımı yoxlamaq istədim. 150 nəfərin içərisindən 11 nəfər seçildi. Məni də seçdilər. Mənim adımın qarşısına Mustafa Kamal, "Berlin Universitetinə getsin" sözlərini yazmışdı.

...Vaxt gəldi çatdı. "Sirkeci" avtovağzalındayam, fikirlərim isə çox qarışıqdır. Gedimmi, qalımmı? Mənim üçün pul göndərərlərmi? Məni orada unudarlarmı? Tam getməməyə qərar verdiyim zaman, bir poçtalyon adımı çağırdı.

"Mahmud Sadi, Mahmud Sadi, bir teleqrafın var."

"Mənəm" dedim.

Teleqrafı açdım, bu sözlər yazılmışdı: 
"Sizi bir qığılcım olaraq göndərirəm, alovlar olaraq geri dönməlisiniz"

İmza: Mustafa Kamal

Oxuduqdan sonra az öncə düşündüklərimə görə çox utandım. "İndi bu sözlərdən sonra gəl də getmə, get də çalışma, geri dön də ölkən üçün canını vermə" deyə düşündüm.

Düşünün, 1923-cü ildə o qədər problemlərin içində 11 tələbənin, nə zaman, harada, nə hiss etdiyini təxmin edə bilən və ona uyğun da məktub göndərən bir liderin rəhbərliyindəki ölkə üçün can verilməzmi?

...İllər keçdi. Çox müvəffəqiyyət qazandım. Ölkəmə alov olaraq geri döndüm. Fiziologiya İnstitutunu qurdum. Addı-addım vəzifəmdə yüksəldim. Daha sonra ölkəmin baş naziri oldum.
Mən kiməm?

Mən sadəcə iki sətirlik bir teleqrafın yaratdığı elm adamıyam...

Türkiyənin 17-ci baş naziri professor Sadi Irmak