Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 15:47:00
Bu məktəb şagirdlərinə tənəffüsdə belə ünsiyyəti qadağan edir- “Səssiz dəhliz” qaydaları

İngiltərənin Birmingham əyalətindəki bir məktəb “səssiz dəhliz” adlanan yeni sistemin tətbiqinə başlayıb. Çoxları bu sistemin digər məktəblərə də yayılmasından naraahtdırlar.

AzEdu.az xəbər verir ki, yeni sistemin qaydalarına əsasən, şagirdlərin məktəb daxilində ünsiyyət qurması qadağandır. Qaydalara əməl etməyənləri isə xüsusi  nizam-intizam cəzaları gözləyir.

Ninestiles məktəbinin rəhbərliyi tərəfindən valideynlərə göndərilən məktubda isə şagirdlərin təhsil müəssisəsi daxilində səssiz hərəkət etməli olduqları bildirilib. Məktəb düşünür ki, yeni qaydalar şagirdlərin sakit başla dərs dinləmələrinə şərait yaradacaq. Hətta  əvvəlki tənəffüs səs-küyü belə buna mane olmayacaq. 1400 şagirdi olan məktəb şagirdlərə yalnız yeməkxana və bağçada danışmağa icazə verir.

Valideynləri təəccübləndirən məktubda isə bunlar yazılıb:

“Şagirdlər arasında nizam-intizam qaydalarını möhkəmləndirmək üçün bugündən etibarən hər kəsdən məktəb daxilində səssiz qalmağı xahiş edirik.  Bu, şagirdlərin sakit beyinlə dərs oxumalarına imkan yaradacaq.

Sabah saat 08:40-dan etibarən dərs, tənəffüs nəzərə alınmadan  şagirdlərin bütün hərəkətlərinin səssiz olmasına nəzarət ediləcək. Sonuncu dərs bitdikdə belə şagirdlər məktəbi sakit şəkildə tərk edəcəklər.

Yalnız günorta yeməyi zamanı məkətəblilərə danışa bilmək üçün fasilə veriləcək. Məktəb daxilində səssiz davranmaqla bağlı işarələrin əks olunduğu tablolar  da asılacaq.

Bütün məktəb kollektivi şagirdlərə yeni qaydaları xatırlatmaq üçün iş başında olacaqlar. “Səssiz dəhliz” qayadalarına əməl etməyən şagirdi 20 dəqiqəlik cəza gözləyir”.

Məktəbdə təhsil alan şagirdlərin valideynləri isə yeni qaydalara artıq reaksiya verməyə başlayıblar. Onlar bu qadağaların şagirdlərin bir-birindən soyumasına, özlərinə qapanmasına səbəb olduğunu bildiriblər. Çoxları bu qaydaların tədris keyfiyyətinə müsbət təsir etməyəcəyini deyərək övladını başqa məktəbə yerləşdirib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları