Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə ölkənin ali təhsil müəssisələrinin müştərək məlumat bazası yaradılacaq. AzEdu.az-ın məlumatına görə, bu məqsədlə standartlar müəyyənləşəcək, elmi-tədqiqatların səmərəli təşkili məqsədilə avadanlıq alınacaq.
AMEA tərəfindən bu sahənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün müxtəlif qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.