Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 13:58:00
Azərbaycanın kimyaçı alimlərinin məqaləsi ən çox istinad olunan elmi əsərlər sırasına daxil edilib

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri – akademik Vaqif Fərzəliyev, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Oruc Nəbiyevin “Biokimyəvi və Molekulyar Toksikologiya” jurnalında türk həmkarları ilə birgə dərc etdirdikləri məqalə 2018-ci ilin yanvarından 2019-cu ilin dekabrına qədər yayımlanan məqalələr arasında ən çox istinad olunan nüfuzlu elmi əsərlər sırasına daxil edilib və müəlliflər sertifikata layiq görülüblər.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əfsun Sucayev  bildirib ki, bu barədə “Wiley” nəşriyyatı məlumat verib. Məlumatda qeyd olunub ki, məqalə “Biokimyəvi və Molekulyar Toksikologiya” jurnalının son nəşr tarixində ən yaxşı sitat gətirilən elmi işlərdən biri olmaqla, haqqında danışılan jurnalın elmmetrik göstəricilərinin, impakt faktonun artırılmasına və yüksəlməsinə həlledici təsir göstərib.

Xatırladaq ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının bu jurnalda indiyə qədər 10 məqaləsi dərc olunub.