XƏBƏRLƏR

27.01.2020 17:59
BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI  

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

AzEdu.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub. 

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. 

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.