Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 13:11:00
Qəbələnin maye yanacaqla işləyən məktəblərinə qaz xətti çəkilir

Qəbələ rayonunun qəsəbə və kəndlərində 8 təhsil müəssisəsinin qazlaşdırılması istiqamətində iş aparılır. Məktəb qazanxanalarına qaz xətlərinin çəkilişi Prezident İlham Əliyevin 2019-cu il 15 yanvar Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına həyata keçirilir.

AzEdu.az xəbər verir bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, qazlaşdırma işlərinin aparıldığı Nic qəsəbəsindəki 2 və 3 saylı, Yemişənli, Qəmərvan, Nohurqışlaq kənd tam orta, Yengicə, Dizaxlı və Ziring kənd ümumi orta məktəblərin qazanxana sistemləri indiyədək maye yanacaqla işləyib. Qazlaşdırma işləri başa çatdırıldıqdan sonra bu təhsil müəssisələrinin istiliklə təminatı daha da yaxşılaşacaq.

Qeyd edək ki, hazırda Qəbələ rayonunda fəaliyyət göstərən 68 təhsil müəssisəsindən 27-si qazanxana sistemi vasitəsi ilə təbii qaz və maye yanacaqla, 6 modul tipli məktəb elektriklə, 35 məktəb isə odun yanacağı ilə qızdırılır.