XƏBƏRLƏR

18.01.2020 15:43
Bakıda məktəbli qızı maşın vurub

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az APA-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məlumata görə, N.Teymurova orta məktəb şagirdi olub.