Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 16:18:00
Finlandiya universitetində rəhbər vəzifədə çalışan xanım soydaşımız – DOSYE-FOTO

 

Finlandiyanın nüfuzlu Turku Universitetində çalışan azərbaycanlı xanım professor

Finlandiya elmin inkişafına görə dünyanın lider ölkələrindən sayılır. Fin universitetlərində professor kimi çalışmaq asan olmasa da, bunu bacaran həmyerlilərimiz də var.

Haqqında söhbət açacağımız şəxs - xanım Yaqut Allahverdiyeya-Rinne Finlandiyanın ən reytinqli ali təhsil ocaqlarından biri olan  Turku Universitetinin əsas simalarındandır.

Yaqut Allahverdiyeva 2001-ci ildə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunda fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Həmyerlimiz 2002-ci ildə Turku Universitetinin Molekulyar Bitki Biologiyası qruplarına qoşulub, 2009-cu ildə bu universitetdə əvəzedici professor vəzifəsində çalışıb.

2010-cu ildə Molekulyar Bitki sahəsində araşdırmaçı kimi işləməyə başlayıb. 2017-ci ildə dosent elmi adını qazanıb.

Yaqut Allahverdiyeva Turku Universitetinin Biokimya Departamentində Fotosintez və Bioenergetika fənlərini tədris edir, həmçinin Elm və Mühəndislik fakültəsində də çalışır.

Turku Universitetinin sayılıb-seçilən professorlarından olan Yaqut Allahverdiyevanın əsas araşdırma sahəsi fotosintez, bioyanacaq, kimyəvi maddələrin istehsalı və çirkab suların təmizlənməsi istiqamətindədir.

 

Yaqut Allahverdiyeva Finlandiyada “NordAqua Nordic” Mükəmməllik Mərkəzi və “SmartBio Biocity” Turku Araşdırma Proqramına rəhbərlik edir.

Həmyerlimiz Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti, Avropa Bitki Elmi Təşkilatının üzvüdür, 60-dan çox elmi məqaləsi  beynəlxalq  jurnallarda dərc edilib.

 

 Turan OSMANLI