Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 10:23:00
Şirvanda metodik vəsaitin yekun təqdimatı

Şirvan  şəhərindəki   13 nömrəli   tam  orta   məktəbdə “Təhsildə  inkişaf  və  innovasiyalar üzrə”   III qrant  müsabiqəsi  çərçivəsində   hazırlanan  “Linqvistik Təhlil Bacarıqlarının Formalaşması üçün xüsusi vəsait ”  adlı  kitabın  təqdimatı-layihənin  yekun  tədbiri   keçirilib.

Tədbirdə   şəhərin müxtəlif   məktəblərinin   Azərbaycan  dili   və   ədəbiyyat   müəllimləri, təhsil   şöbəsinin   metodistləri   iştirak   ediblər.

Məktəbin   direktor  əvəzi   Günel   Səfalı   “Təhsildə   inkişaf   və  innovasiyalar   üzrə”   qrant   müsabiqələri  haqqında  məlumat   verib, bu  müsabiqələrin  təhsilimizin  inkişafında   xüsusi  əhəmiyyəti  olduğunu   qeyd   edib və  müsabiqələrdə   Şirvan   müəllimlərinin  qazandığı  uğurlardan   söz  açıb.

Sonra   layihə   rəhbəri   Minarə  Əliyeva   layihənin  hazırlanması   prosesindəki   fəaliyyətindən   danışıb, hazırlanan  vəsaitin  tədrisin   keyfiyyətinə   göstərə   biləcəyi   məqamlardan  bəhs edib.    

Çıxış   edənlərdən  Şirvan   şəhər   16 nömrəli  tam  orta   məktəbin   Azərbaycan   dili   və   ədəbiyyat  müəllimi  İradə  Rəhimova  bildirib ki,   bu   vəsait  təhsildə   keyfiyyətin   yüksəldilməsində  əhəmiyyətli   rol   oynayacaq.

11nömrəli  tam  orta   məktəbin   Azərbaycan   dili   və   ədəbiyyat  müəllimi  Zülfiyyə   Hüseynova   vəsaitin   kütləvi   tirajla   nəşrini    təklif  edib.

Tədbirin   sonunda  təqdimat  iştirakçılarına vəsait   və  disklər  paylanıb.