XƏBƏRLƏR

11.12.2019 14:59
Məktəblilərimiz tarixi uğura imza atıblar-Fotolar

2-11 dekabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadası keçirilib.

AzEdu.az xəbər verir ki, olimpiadaya qatılan məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Azərbaycan komandasının tərkibinə daxil olan 6 iştirakçıdan 4-ü gümüş, 2-si isə bürünc medal əldə edib .