XƏBƏRLƏR

09.12.2019 15:02
Pilot peşə təhsil mərkəzlərində xidmət sahəsində çalışanlar üçün təlimlər keçirilib

Pilot peşə təhsil mərkəzlərinin yerləşdiyi rayonlarda Dövlət Turizm Agentliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində xidmət sahəsində çalışan işçilər üçün təlimlər keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  AzEdu.az-a bildirilib ki, təlimlər kiçik və orta sahibkarlıq subyektlərinin inzibati heyəti, ofisiantlar, mehmanxana qeydiyyatçıları üçün təşkil olunub. Təlimin proqram və məzmunu xarici ekspertlərin müşayiəti ilə pilot peşə məktəblərinin təlimçiləri tərəfindən hazırlanıb və həyata keçirilib.

Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.