Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 16:30:00
Ölkədə fəlsəfə doktorlarının sayı niyə azalır? - Statistika

Ölkədə fəlsəfə doktoru proqramı üzrə təhsil alanların sayında azalma müşahidə edilib.

AzEdu.az məlumat verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuəyə görə, ölkədə fəlsəfə doktoru  proqramını həyata keçirən müəssisələrin sayı artıb. Ötən il Azərvaycanda 119 belə müəssisə fəaliyyət göstərirdisə, 2017-ci ildə onların sayı 117, 2015-ci ildə isə 111 olub.

Burada təhsil alanların sayında isə azalma müşahidə edilib. Fəlsəfə doktoru proqraı üzrə təhsil alanların sayı ötən il 2064 olub. Onlardan 1173-ü qadnalrdır. 2017-ci ildə bu say 2168,  2015-ci ildə isə 2282 idi. Ötən il bu proqram üzrə təhsil almaq üçün 665 nəfər qəbul olunub.

Qeyd eədk ki, ötən il 605 nəfər doktorantura proqramını bitirərək fəlsəfə doktoru olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları